Profi Transport MMC olaraq FTL (tam yük daşımaları) xidmətləri üzrə geniş coğrafiyada müştərilərimizə etibarlı logistika həlləri təqdim edirik. Rusiya, Türkiyə, Avropa ölkələri, MDB regionu, Çin və Mərkəzi Asiya istiqamətlərindən hər gün onlarla yük Azərbaycana daşınır. Eyni zamanda Azərbaycandan dünyanın müxtəlif ölkələrinə ixrac yüklərinin daşınmasını təşkil edirik.
Şirkətimizin soyuducu tipli və tentli yük maşınları müxtəlif kateqoriyalı yüklərin təhlükəsiz və operativ şəkildə daşınmasına imkan yaradır.
FTL daşımaları aşağıdakı yük kateqoriyalarını əhatə edir:
- Qida məhsulları
- Sənaye malları
- Layihə yükləri
- İri avadanlıqlar
- Tikinti materialları
- Kimyəvi məhsullar
- Mebel və ev əşyaları
- Əczaçılıq və tibbi məhsullar
- Elektronika və texnoloji avadanlıqlar
- Digər xüsusi yüklər
FTL xidmətlərimiz müştəri tələblərini maksimum çevikliklə qarşılamaq üçün yüksək daşıma qabiliyyəti, təhlükəsizlik standartları və vaxtında təhvil prinsipi ilə təşkil olunur. Məqsədimiz yüklərin təhlükəsiz və vaxtında çatdırılmasını təmin edərək müştəri məmnuniyyətini artırmaqdır.
