Xidmətlərimiz
Ağır texnikadan, qruppaj yükləri və dəmir yolu daşımalarına qədər geniş nəqliyyat xidmətləri təqdim edirik. Beynəlxalq təcrübəmizlə, yüklərinizi yüksək standartlarla sürətlə çatdırırıq
&w=1920&q=90)
Ağır texnikadan, qruppaj yükləri və dəmir yolu daşımalarına qədər geniş nəqliyyat xidmətləri təqdim edirik. Beynəlxalq təcrübəmizlə, yüklərinizi yüksək standartlarla sürətlə çatdırırıq
Profi Transport Çin, Avropa və MDB ölkələri ilə Azərbaycan arasında beynəlxalq yük daşımaları və logistika xidmətlərini etibarlı şəkildə həyata keçirir.
Şirkətimizin fəaliyyətləri, nailiyyətləri və beynəlxalq daşınma sahəsindəki yenilikləri barədə ən son xəbərləri və media materiallarını burada tapın.
Daşınma və logistika sahəsindəki yeniliklər və şirkətimizin təcrübələri ilə bağlı bloqlarımızı oxuyun.
Profi Transport 19 ildən artıqdır ki, beynəlxalq yük daşımaları və logistika sahəsində etibarlı xidmət göstərir. Müştərilərimiz bizi təhlükəsiz və planlı yükdaşıma yanaşmasına görə seçirlər. Geniş marşrut şəbəkəmiz və müxtəlif nəqliyyat imkanlarımız sayəsində yüklərin vaxtında çatdırılmasını təmin edirik.
Beynəlxalq daşımalar hər mərhələdə nəzarətdə saxlanılır və idarə olunur.
Kiçik qruppajdan iri həcmli yüklərə qədər - hər ölçüdə daşınma təşkil edirik.
Real vaxt izləmə və aydın sənədləşmə ilə şəffaf xidmət təqdim edirik.

Bizim iş prosesimiz müştərilərimizin məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək məqsədilə hər addımda diqqətlə idarə olunur. Yükünüzün qəbul edilməsi, daşınması və təyinat nöqtəsinə çatdırılması prosesində müasir texnologiyalar və peşəkar komandamızın zəngin təcrübəsindən faydalanırıq. Hər mərhələdə şəffaflıq, sürət və təhlükəsizlik bizim əsas prinsiplərimizdir. Yükünüzü vaxtında və etibarlı şəkildə çatdırmaq üçün daim yenilikçi həllər təqdim edirik.
Müştəri yük haqqında məlumatı təqdim edir: Ölçü, çəki, ünvan və daşınma növü. Komandamız ən uyğun marşrutu və qiyməti təklif edir.
Yük anbarımıza daxil olur və yoxlanılır. Ölçü-çəki təsdiqlənir, qablaşdırma və sənədləşmə yoxlanır. Həmçinin Çində Yiwu, Guangzhou və Khorgos şəhərlərində yerləşən 3 anbarımız vasitəsilə yükləriniz operativ şəkildə qəbul olunur və yönləndirilir.
Yük təsdiqləndikdən və anbar prosesləri tamamlandıqdan sonra seçilmiş nəqliyyat növünə uyğun olaraq marşrutu üzrə yola çıxarılır. Bütün proses loqistika komandamız tərəfindən koordinasiya olunur və nəzarətdə saxlanılır.
Hər bir yükə xüsusi Tracking ID verilir. Müştəri yükünün harada olduğunu istənilən vaxt sistem üzərindən izləyə bilir.
Yük Bakıya çatdıqdan sonra gömrük prosedurları tamamlanır və müştəriyə təhlükəsiz şəkildə təhvil verilir.
Yüklərinizi beynəlxalq filiallarımız vasitəsilə sürətli və təhlükəsiz şəkildə daşırıq.
Ən çox soruşulan sualları və cavabları burada tapın. Daşınma prosesi və xidmətlərimizlə bağlı suallarınıza asanlıqla cavab verəcəyik.
Komandamız logistika ilə bağlı bütün suallarınızı cavablandırmağa hazırdır